ƏlətAstara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü:


Digərləri 17 Fev 2019 20:33:00 226 0

ƏlətAstara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü:

Bu gün günorta saatlarında yeni Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 95-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, 29 yaşlı Bakı şəhər sakini Abbas Məhəmməd oğlu Hüseynlinin idarə etdiyi 10 VJ 010 dövlət nömrə nişanlı "Mercedes SLS" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı taxıl sahəsinə aşıb. Hadisə nəticəsində avtomaşında yanğın baş verib və "Mercedes SLS" bütünlüklə yanaraq külə dönüb. Lakin sürücü və 2 nəfər sərnişin-28 yaşlı yaşlı Fizuli rayon sakini Vüsal Mirzəyev, 37 yaşlı Lənkəran şəhər sakini Elşən Vərəsəli ağır xəsarətlər alsalar da yoldan ötənlərin köməyi ilə alışmağa başlayan avtomaşından çıxarılıblar. Hər üç şəxs Cəliabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda onların Bakı şəhərinə göndəriləcəkləri gözlənilir.

Onu da qeyd edək ki, "Mercedes SLS" markalı avtomobillər ən bahalı maşınlar sırasındadır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar