Şizofreniyası olan xərçəng xəstəsinə sümük iliyi köçürülür.


Digərləri 17 Fev 2019 20:02:00 176 0

Şizofreniyası olan xərçəng xəstəsinə sümük iliyi köçürülür.

Həkimlər həm də şizofreniyası olan xəstəni qan xərcəngindən müalicə etmək üçün ona sümük iliyini köçürüblər. Nəticədə o, hər iki xəstəlikdən azad olunub.

Müalicənin nəticələri Frontiers in Psychiatry jurnalında dərc olunandan sonra bənzər halların baş verdiyi barədə hekayələr üzə çıxmağa başlayıb.

Jurnalın redakisyasına daxil olan məktublarda deyilirdi ki, xərçəngə qarşı terapiya psixoloji pozuntulara da "möcüzəvi təsir" göstərir.

Dini inancı ölümcül hala salan beyin şişi Bağırsaq bakteriyaları xərçəngin müalicəsini "gücləndirir"

İlk müalicə halından bir il sonra həkimlər nəyin baş verdiyini daha yaxşı anlamağa başlayıblar.

İnanılmaz hekayə

N. adlı pasient 24 yaşına çatanda halyusinasiyalar görməyə başladı. Ona elə gəlirdi ki, fikirləri beynini tərk edib ətrafa yayılır və bunu başqa insanlar da görə bilər.

Halyusinasiyalar filmləri sehr edərkən də yer alırdı: Pasient təmasa girməyə çalışan aktyorların ona gizli işarələr verdiyini zənn edirdi.

Onda əsəbilik, tez hirslənmə və yuxusuzluq yaranmışdı. Xəstəyə paranoidal şizofreniya diaqnozunu qoyan psixiatr Tsuyoshi Miyaoka neyroleptiklərlə müalicə kursunu təyin etdi.

Lakin dava-dərmanın təsiri olmadı - psixi pozuntu medikamentlərlə müalicəyə müqavimət göstərirdi.

Bir ilk keçmiş xəstənin halı daha da ağırlaşdı.

O, tez yorulmağa, təngnəfəs olmağa başladı. Xəstədə qızdırmalar əmələ gəlirdi. Növbəti müayinə xəstədə qan xərçənginin bir növü sayılan - kəskin mieloid leykozunu üzə çıxardı.

N.-in həyatını xilas etmək üçün yeganə çarə sümük iliyinin köçürülməsi idi.

Donor tapılandan sonra həkimlər iliyin transplantasiyası üzrə cərrahiyyə əməliyyatını keçirdilər. Möcüzə də elə burada baş verdi: Pasientdə həm halyusinasiyalar, həm də narahatlıq halları yoxa çıxdı.

Onda artıq şizofreniya yox idi. Həkimlər bunun müvəqqəti olduğunu hesab edərək simptomların qayıdacağını gözləyirdilər.

Lakin hadisədən artıq xeyli vaxt keçib və doktor Tsuyoshi Miyaoka təsdiq edir: Dərmanların qəbulu tama dayandırılsa da, pasientdə heç bir şizofreniya əlamətləri müşahidə olunmur.

Sirli əlaqə

Sümük iliyinin köçürülməsi pasientin immun sistemini yenidən yükləyir. Kimyaterapiya köhnə limfositləri məhv edir, yeni limfositlər isə artıq donor orqanında istehsal olunur.

Əlbəttə, tək bir hala əsaslanmaqla uzaq gedən nəticə çıxarmaq düzgün olmazdı. Çünki N.-in müalicəsində transplantasiyadan əvvəl və daha sonra təyin edilən dərmanlar da rol oynaya bilərdi.