Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi


Digərləri 17 Fev 2019 20:08:00 156 0

Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi.

Bakı. Cani Babayeva - Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi. Bunu Trend-ə gənc tamaşaçılar Mahir Məmmədli və Mehdi Əliyev deyiblər. M.Məmmədli deyib: "Mən Milli Gimnastika Arenasına yarışları izləmək üçün çox gəlmişəm. Mən də batut gimnastikası ilə məşğul oluram, buna görə də idmançıların çıxışlarını böyük maraqla izləyirdim. Məşhur idmançıları izləyərkən, idmanda uğur qazanacağımı xəyal edirəm". M.Əliyev deyib: "Ən çox xoşuma gələn gimnastların elementləri yerinə yetirdiklərini izləməkdir. Onlar səhv edəndə və yaxud onlarda bir şey alınmayanda məyus oluram". Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.