Sabirabad sakini armaturların altında qalaraq ölüb


Digərləri 17 Fev 2019 19:23:00 176 0

Sabirabad sakini armaturların altında qalaraq ölüb

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Muğan Gəncəli kəndində 1981-ci il təvəllüdlü kənd sakini Mirzəyev İlqar Əlizadə oğlu özünə məxsus mağazada təmir işləri zamanı üzərinə armatur parçaları düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan mağaza sahibi  İ.Mirzəyev xəstəxanaya çatmamış dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.