Səfir: Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır


Digərləri 17 Fev 2019 18:34:35 192 0

Səfir: Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır

Hər zaman deyirəm ki, Bakıda Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirəm.

Bakı. Cani Babayeva - Hər zaman deyirəm ki, Bakıda Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirəm. Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının başa çatmasından sonra deyib. “Azərbaycan xüsusi idman bayramı ab-havasını yaratmağı bacarır. Belarus idmançılarının burada uğurlu çıxış etməsindən zövq alıram. Həmçinin o sevindirir ki, bu Minskdə keçiriləcək İkinci Avropa Oyunları ərəfəsində komandamızın hazırlığının göstəricilərindən birisidir. Hər zaman deyirəm ki, Bakı bir talismandır, Belarus idmançıları üçün uğurlu bir meydançadır”, - deyə diplomat bildirib. Axramoviç deyib ki, iki ölkə arasında idman sahəsində münasibətlər uğurla inkişaf edir: “Hesab edirəm ki, xalqlarımız arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətləri idman meydançalarına da ötürülür, və bu məni çox sevindirir. Belarus və Azərbaycan idmançıları hər iki ölkənin idman arenalarında keçirilən yarışlarda hər zaman iştirak edirlər”. Səfir qeyd edib ki, belaruslu gimnastlarla görüşməyi və onlara yaxşı çıxışlarına görə minnətdarlığını bildirməyi planlaşdırır: “Həmçinin İkinci Avropa Oyunlarına hazırlıq zamanı bizimlə bölüşdükləri qiymətsiz təcrübəyə görə Azərbaycana böyük minnətdarlığımı bildirmək istəyirəm, bu çox dəyərlidir”.