Şamaxıda yollar buz bağlayıb...


Digərləri 17 Fev 2019 17:58:50 243 0

Şamaxıda yollar buz bağlayıb...

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib.

Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.

Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir.

Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.