Azərbaycan gimnastı: Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam


Digərləri 17 Fev 2019 16:44:00 208 0

Azərbaycan gimnastı: Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam

Bakıda Dünya Kubokunda qızıl medal qazanmadığım üçün üzüldüm, ancaq məşqçim çıxışımdan razı qaldı, bu məni sevindirir.

Bakı. Cani Babayeva - Bakıda Dünya Kubokunda qızıl medal qazanmadığım üçün üzüldüm, ancaq məşqçim çıxışımdan razı qaldı, bu məni sevindirir. Bunu Trend-ə Azərbaycan gimnastı Mixail Malkin deyib. M.Malkin bildirib: "Mənim rusiyalı rəqibim Vadim Afanasyev öz rekordunu yenilədi, buna görə də mən risk etmədim və ancaq ikinci yerdə qalmaq üçün çətin olmayan proqramı yerinə yetirmək qərarına gəldim. Afanasyev çıxışı zamanı səhv etdi, əgər mən risk etsəydim və daha çətin proqramı yerinə yetirsəydim, daha yaxşı nəticəni əldə edə bilərdim".