100 il sonra ilk dəfə göründü


Digərləri 17 Fev 2019 16:10:00 248 0

100 il sonra ilk dəfə göründü

Nəsli tükənən heyvanların siyahısında olan qara leopardın 100 il sonra fotoları çəkilib. Onun fotolarını Uill Berrard Lukas adlı fotoqraf çəkib. Bu növ leopardın ən son görüntüsü 1909-cu ildə çəkilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, fotolar Keniyada meşəlik bir ərazidə çəkilib. Onu digər leopardlardan fərqli edən tək şey rənginin qara olmasıdır. Rənginə görə gecələr onun yalnız gözlərini görmək mümkündür. Bu növ leopardın törəməsi genetik dəyişikliklər nəticəsində olur. Lakin bu, çox nadir görülə və tapıla bilən heyvan növüdür. Xüsusilə də onu vurğulamaq lazımdır ki, bu leopardlar çox səssiz hərəkət edən və tənha yaşamağı bacaran heyvanlardır.

Bir əsrdir ki, fotoları çəkilə bilməyən bu leopard növü yalnız Keniyada Laikipa adlı ərazidə mövcuddur.


Xəbərə aid fotolar