Bakıda Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb (FОТО)


Digərləri 17 Fev 2019 13:44:47 223 0

Bakıda Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb (FОТО)

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, kişilər arasında birinci yeri Belarus gimnastı Vladislav Qonçarov (61.590 bal), ikinci yeri çinli Dun Dun (60.320 bal), üçüncü yeri isə yaponiyalı Daiki Kişi (59.365) tutub. Qadınlar arasında isə Çin idmançısı Linqlinq Lyu qızıl (57.050 bal), Kanada təmsilçisi Rozanna Maklennan gümüş (56.245), yaponiyalı Tisato Doihata isə bürünc (55.800) medala sahib olub. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.