Türkiyə rəsmisindən Fətullah Gülənin tutulması iddialarına cavab gəldi


Dünya 17 Fev 2019 11:24:45 190 0

Türkiyə rəsmisindən Fətullah Gülənin tutulması iddialarına cavab gəldi

Mətbuatda və sosial şəbəkələrdə FETÖ rəhbəri Fətullah Gülənin ABŞ-da tutulması və hətta səhər saatlarında Türkiyəyə gətiriləcəyi xəbəri yayılıb.

Son.az bildirir ki, musavat.com CNN Türk kanalına istinadən xəbər verir ki, bununla bağlı gəzən iddialara Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın keçirdiyi mətbuat konfransında cavab verib.

Jurnalistlərin məsələ ilə əlaqədar sullarına İ.Qalın "bizə belə bir xəbər gəlməyib" deyə, cavab verib.