Sumqayıtda mağazada yanğın olub


Digərləri 17 Fev 2019 10:32:00 197 0

Sumqayıtda mağazada yanğın olub

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə ümumi sahəsi 8 m² olan mağazanın lambirindən ibarət tavanı 4 m² sahədə və içərisində 1 ədəd soyuducu yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.