Qaraciyərinizi yoxlayın bu əlamətlərə


Digərləri 16 Fev 2019 23:50:00 239 0

Qaraciyərinizi yoxlayın  bu əlamətlərə

Qaraciyər orqanizmin bir çox funksiyalarını həyata keçirən ən vacib orqanlarımızdan biridir. Qaraciyərdə hər hansı dəyişiklik, çatışmazlıq bədənimizdə müxtəlif əlamətlərlə özünü büruzə verir.

Həmin əlamətlər hansılardır?

Dərinin və gözlərin saralması

Son.az e-tibb.az-a istinadən bildirir ki, sizdə bu simptom müşahidə olunursa, bu, qaraciyərinizdə ciddi problemin olmasına işarədir. Dərinin, gözün ağının, burun ifrazatının saralması qaraciyər hüceyrələrinin bilirubin xaric etmə funksiyasının pozulmasına, qanda bilirubin miqdarının çoxalmasına  işarədir.

Yorğunluq

Bu hal fiziki və zehni enerji əskikliyi ilə xarakterizə olunur. Belə bir halın bütünlükdə gün boyunca davam etməsi qaraciyərlə bağlı problemin olduğundan şübhələnməyə əsas verir.

Qarında şişkinlik

Qarında şişkinlik ağrıya səbəb olan, narahatlıq yaradan simptomlardan biridir. Bu, qarın bölgəsində maye toplandığı hallarda ortaya çıxır. Maye toplanmasının digər göstəricisi isə ayaqlarda, topuqlarda şişin yaranmasıdır.