Qazaxıstanlı gimnast: Azərbaycanın Gimnastika Federasiyası idmançılar üçün bütün şəraiti yaradıb


Digərləri 16 Fev 2019 23:51:41 208 0

Qazaxıstanlı gimnast: Azərbaycanın Gimnastika Federasiyası idmançılar üçün bütün şəraiti yaradıb

Mənim Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxışım çox da uğurlu alınmadı.

Bakı. Cani Babayeva - Mənim Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxışım çox da uğurlu alınmadı. Bu barədə Trend-ə qazaxıstanlı gimnast Pirməmməd Əliyev deyib. P.Əliyev bildirib: "Təəssüf ki, çıxış zamanı səhvlər oldu. Ümid edirəm ki, sinxron tullanmalarda hər şey dəyişəcək". Gimnast qeyd edib ki, Dünya Kubokuna çox ciddi hazırlaşıb: "Bizim burada 2 həftəlik təlim-məşq toplanışlarımız olub. Azərbaycan Gimnastika Federasiyası bizim üçün bütün lazımi şəraiti yaratdı. Toplanışların Gimanstika Arenasında keçməsi bizə buraya uyğunlaşmağa yardım etdi, biz yarış zalına, alətlərə alışırdıq". P.Əliyev bildirib ki, Milli Gimnastika Arenasında yarışlarda çıxış zamanı azarkeşlərin böyük dəstəyi hiss edilir: "Əlbəttə ki, Bakıda çıxış edən zaman hisslər tam fərqlidir, azarkeşlərin böyük dəstəyi hiss edilir". Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.