Qıcıqlanan bağırsaq sindromu: əlamətləri, müalicəsi


Digərləri 16 Fev 2019 23:40:00 299 0

Qıcıqlanan bağırsaq sindromu: əlamətləri, müalicəsi

Səbəbləri

QBS-nin dəqiq səbəbini müəyyən etmək çox çətindir. QBS zamanı bağırsaqlarda heç bir patoloji struktur dəyişikliyi müəyyən edilmir. Bir neçə mümkün hesab edilən səbəblər təklif edilir, məsələn:   - Bağırsaq əzələsində hərəki pozğunluğu. Normada bağırsaq daxilindəki qidanı hərəkət etdirmək üçün yığılıb açılır. Amma bəzən bu proses sürətlənərək ishal, qaz toplanması, genişlənmə, bəzən isə zəifləyərək qəbzlik törədə bilər.   - Bağırsağın genişlənməsinə və hərəkətinə qarşı dözümlülüyün zəif olması. Son.az etibb.org-a istinadən bildirir ki, bunu bəzi alimlər mərkəzi sinir sistemi ilə əlaqələndirirlər.     - Bəzi alimlər hormal dəyişikliklərin QBS zamanı əhəmiyyətli ola bilməsi inancındadırlar. QBS-dən əziyyət çəkən qadınlarda menustrasiya zamanı şikayətlərin daha da kəskinləşməsi bu ideyanı dəstəkləyir.

Əlamətləri

- Qarında ağrılar və ya sancılar   - Qarında köp   - Ağrı ilə müşayət olunan xroniki ishal   - Ağrı ilə müşayət olunan xroniki qəbzlik   - Ağrıların nəcis ifrazından sonra keçməsi   - Ürəkbulanma və qusma   - İştahanın itməsi   - Depressiya   - Nəcisdə seliyin olması

Risk faktorları

- Lifli qidaların az qəbulu   - Əsəbi və gərgin iş rejimi   - Qəbzlik zamanı işlədici dərman və vasitələrin (Laksativlərin) istifadəsi   - İnfeksion ishalın olması   - Digər qısamüddətli bağırsaq iltihabının keçirilməsi