Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb


Digərləri 16 Fev 2019 23:17:00 245 0

Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb

Bakıda oğurluq edən 4 yeniyetmə saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.