Heydər Əliyev Sarayında “Zima2019” beynəlxalq uşaq festivalı keçirilib FOTO


Digərləri 16 Fev 2019 22:39:00 217 0

Heydər Əliyev Sarayında “Zima2019” beynəlxalq uşaq festivalı keçirilib  FOTO

Azərbaycan Mədəniyyət Nazirliyinin və "Beat Group" şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında "Zima-2019" beynəlxalq uşaq festivalı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. "Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq", - deyə Rimma Şapovalova bildirdi.

Sonra möhtəşəm qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur hitlərini səsləndirdilər.