Botoksla dolğunun fərqi


Digərləri 16 Fev 2019 22:45:00 255 0

Botoksla dolğunun fərqi

Xanımların kosmetoloqa müraciət etmə səbəbləri arasında üzdəki qırışların açılması əsas sıradadır. Lakin xanımlar bu problemi aradan qaldırmaq üçün botoks, yoxsa dolğu etdirməyi dəqiq bilmirlər.Bəzən pasiyent deyir ki, dodağıma botoks vur. Yəni bu iki proseduru çox vaxt bir-biri ilə səhv salırlar. Bəs botoksla dolğunun fərqi nədir?

Hələ uzun illər öncə botoksdan göz qırpmalarında, tiklərdə müalicə məqsədilə istifadə edirdilər. Sonradan müşahidə olunub ki, bu iynə ilə nəinki tiklər keçir, həm də o nahiyədə qırışlar açılır. Ondan sonra, təxminən son 20 il ərzində botoksdan estetik məqsədlə istifadə etməyə başladılar və yaxşı nəticələr aldılar. Hətta gündən-günə də təkmilləşdirirlər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, botoks botulinum toksinindən əldə edilən kimyəvi maddədir. Vahidlərlə hesablanan miqdarda qırış olan hissəyə yeridirik. Həmin botulinum toksin çöpləri qırış olan mimika əzələlərini iflic edir, nəticədə qırışlar açılır. Botoks yalnız göz ətrafı, alın və iki qaş arasına vurulur. 7-10 gündən sonra müsbət nəticə görünür. Qalıcılıq müddəti isə 3-6 aydır. Sadəcə olaraq, botoks vurduran adama sauna, isti buxar, antibiotik vurdurmağı məsləhət görmürük. Onda iynənin qalıcılığı tez keçir.

Xanımlar bəzən "iflic" sözünü eşidib, botoks etdirməkdən qorxurlar. Botoksdan qorxmaq lazım deyil. Onun heç bir mənfi təsiri yoxdur. Hər şeyin norması var və mütəxəssisi düzgün seçmək lazımdır. Suyu da çox içəndə zərərli olur. Bəlkə 40 dəfə botoks etdirəndən sonra pasiyenti hansısa təhlükə gözləyə bilər. Yəqin ki, bu qədər botoksa isə bir ömür yetməz. Üstəlik, botoks miqren ağrılarına da faydalıdır.