Qadın və kişilərdə seks hormonlarını artıran meyvə


Digərləri 16 Fev 2019 22:21:00 258 1

Qadın və kişilərdə seks hormonlarını artıran meyvə

Meyvələr içərisində ən qüvvətli antioksidant olan narın saymaqla bitməyən faydaları var.

Son.az teleqraf.com-a istinadən bu möcüzəli meyvənin faydalarını təqdim edir.

Bir orta böyüklükdə nar təxminən 100 kkal-dır və onun tərkibində 25 qram karbohidrat var. Mükəmməl bir C və K vitamini, kalium, tiamin, manqan və mis qaynağıdır.

Hüceyrə itkisinin qabağını alır, xərçəngi önləyir və immun sistemini dəstəkləyir. Yaşlanma və iltihablanmanın profilaktikasında mühüm rol oynayır.

Nar infarkt, iflic və ağciyər xəstəliyinə səbəb ola biləcək qan pulcuqlarının toplanmasının qarşısını alır. Prostat və süd vəzi xərçəngi hüceyrələrinin çoxalmasını əngəlləyir. Günəş işığının zərərli təsirlərinə qarşı qoruyucudur.

Bədəni dəridəki qızartı və yüngül yanıqlardan mühafizə edir.

Hər gün nar şirəsini içmək qan təzyiqini düşürməyə kömək olur.