Paltarların təzəliyini necə qoruya bilərsiniz –


Digərləri 16 Fev 2019 22:23:00 380 0

Paltarların təzəliyini necə qoruya bilərsiniz –

Bəzən aldığımız bir çox paltarlar qısa zamanda keyfiyyətini, rəngini və möhkəmliyini itirir. Bu səbəbdən təzə paltara pul xərcləmək lazım gəlir.

Son.az teleqraf.com-a istinadən paltarların ömrünü uzatmağın yollarını təqdim edir.

Çox kirli paltarlar nisbətən təmizlərdən ayrı yuyulmalıdır. Çünki hər birinə ayrı miqdarda su sərf edilir. Buna fikir verməsəniz, paltarlarınızın rəngi tez solacaq.

Mütəxəssislər kiçik və böyük paltarları birgə yumağı tövsiyə edir. Bu üsul paltarların maşının içində daha rahat hərəkət etməsinə gətirib çıxarır.

Yuyucu tozlar ilıq və isti suda daha effektlidir. Soyuq sudan kirli olmayan paltarları yumaqda istifadə olunmalıdır.

Pambıqlı və yüngül paltarları tərs çevirərək yuyun. Yoxsa paltarlarınız tük buraxar.

Çimərlik geyimləri qurudulanda zərər görə bilər. Ona görə də onları yuduqdan sonra isti olmayan yerdən asın.