Sağlam qidalanma piramidası


Digərləri 16 Fev 2019 21:20:00 360 0

Sağlam qidalanma piramidası

İdman və çəkiyə nəzarət həmçinin enerji balansının sadə qanunu ilə də əlaqələnir: Çəki dəyişimi = qəbul olunan kalori - atılan kalori. Əgər siz hər gün qəbul etdiyiniz qədər də kalori israf edə bilirsinizsə, piy hüceyrələrində toplanmağa heç nə qalmır və bədən çəkisi eyni qalır. Atdığınız kaloridən çox yemək isə piy toplamaq və çəkini artırmaqla nəticələnir. Müntəzəm idman bədən kütlənizə nəzarət etməyə kömək edər.

Son.az etibb.org-a istinadən bildirir ki, Sağlam Qidalanma Piramidasına aşağıdakılar aiddir:

Emal olunmamış dənlilər. Orqanizmin karbohidratlara xüsusən enerjiyə görə ehtiyacı var. Karbohidaratların ən yaxşı mənbələri yulaf unu, ağ çörək və təmizlənmiş düyü kimi emal olunmamış dənlilərdir. Onlar enerji ilə zəngin nişasta ilə birgə xarici (kəpək) və daxili (rüşeym) qatları çatdırırlar. Orqanizm emal olunmamış dənliləri ağ un kimi yüksək emal olunmuş karbohidratları həzm etdiyi qədər tez həzm edə bilmir. Bu qan şəkəri və insulini artmaqdan, sonra da sürətli enməkdən qoruyur. Qan şəkəri və insulinin yaxşı idarə olunması aclığı nəzarətə alır və bu şəkər xəstəliyinin hər 2 tipinin inkişafının qarşısını ala bilər. Bundan əlavə, tədqiqatlar göstərir ki, emal olunmamış dənlərlə zəngin rasionla qidalanma ürək xəstəliklərinin də qarşısını ala bilər.

Sağlam piylər və yağlar. Təəccübləndiricidir ki, Sağlam Qidalanma Piramidası əsasına yaxın yerdə bir qədər yağ (piy) yerləşdirir. Görəsən onların yemək üçün yaxşı olduğunumu göstərir? Baxmayaraq ki, bu tövsiyə adi məntiqə qarşı çıxır, bu dəlillər ümumi qida vərdişlərinə tam müvafiq gəlir. Sadə Amerikalı gündəlik kalorisinin ən azı üçdə birini yağlardan alır, ona görədə onu piramidanın əsasına yaxın yerləşdirməyin əhəmiyyəti var. Nəzərə alın ki, bütün növ yağlar deyil, məxsusi olaraq sağlam piy və yağlar qeyd olunur. Sağlam olan doymamamış yağların yaxşı mənbəyi zeytun, kanola, soya, qarğıdalı, günəbaxan, araxis və digər bitki yağları, yağsızlaşdırılmış marqarin, qoz-fındıq, toxumlar, avakado, qızıl balıq kimi yağlı balıq növləri hesab oluna bilər. Bu sağlam yağlar yalnız xolesterin səviyyəsini düzəltmir (yüksək emal olunmuş karbohidartların əvəzinə işlədildikdə), həmdə ürəkdə ritm problemlərini azaldır.

Meyvə-tərəvəzlər. Meyvə və tərəvəzlərlə zəngin pəhriz yüksək faydaya malikdir. Məsələn: bu növ pəhriz ürək infarktı və insultun baş vermə ehtimalını azaldır; bəzi xərçəng növlərinə qarşı müdafiə edir; qan təzyiqini aşağı salır; divertikul adlanan ağrılı bağırsaq nasazlığından yan keçməyə kömək edir; 65 yaşından yuxarı insanlarda görmənin itməsinə səbəb olan katarakta və sarı ləkənin degenerasiyasından mühafizə edir; və pəhrizinizə rəngarənglik qatmaqla damaq dadınızı oyadır.

Quru çərəz, Dənlər, Paxla, və Tofu. Bu bitki məhsulları zülalın, lifin, vitaminlərin və mineralların gözəl mənbəyidir. Paxlalara lobya, dəniz lobyası, noxud, mərcimək və s. adətən qurudulmuş satılan paxlalılar aiddir. Quru çərəzlərin bir çoxununun tərkibində sağlam yağlar var, və bir qrupu (badam, qoz, pekan, araxis, fındıq və püstə) hətta ürək üçün faydalı məhsullar kimi dəyərləndirilir.  

Balıq, ev quşu və yumurta. Bu məhsullar da həmçinin zülalın yaxşı mənbəydir. Bir sıra tədqiqatlar balıq yeməyin ürək xəstəlikləri riskini azaltdığını təsdiq edir, çünki balıq əti ürəyə faydalı olan omeqa 3 yağları ilə zəngindir. Toyuq və hinquşu əti də zülalın yaxşı mənbəyi olmaqla yanaşı, həm də doymuş yağ turşularına (az miqdarına) malikdirlər. Uzun müddət nisbətən yüksək xolesterin tutumuna görə kənarlaşdırılan yumurta, söylənildiyi qədər də "pis" deyilmiş. Əslində səhər yeməyinə yumurta yemək trans piylər ilə zəngin yağda qızardılmış ponçik və ya rafinəolunmuş undan hazırlanmış bublik yeməkdən daha yaxşıdır. Lakin diabeti olanlar və ürək xəstələri həftədə 3 dəfədən çox yumurta sarısından istifadə etməməlidirlər.

Yumurta ağı isə zülallarla çox zəngindir, omlet və bişintilərdə çox yaxşı əvəzedicidir.