Rinit nədir?


Digərləri 16 Fev 2019 20:40:00 337 0

Rinit nədir?

Rinit adətən ümumi və yerli müqaviməti zəifləmiş, soyuqdəyməyə məruz qalmış və xroniki xəstəlikləri olan şəxslərdə əmələ gəlir. Bundan əlavə rinitin əmələ gəlməsinə burun travması, yad cisimlər, mövsüm və peşə faktoru də təsir edə bilər. Bu hallar baş verərsə, burunda və burun-udlaqda olan viruslar aktivləşərək burunun selikli qişasının funksiyalarını pozur.

Ən çox kəskin və allergik rinitlərə rast gəlinir. Kəskin rinitlə böyüklər il ərzində 3 dəfə, uşaqlar isə 4-6 (bəzən isə daha çox) dəfə xəstələnə bilərlər. Allergik rinitlər isə əsasən mövsümi xarakter daşısa da, ona bütün il ərzində rast gəlmək olar. Allergik rinitin əmələ gəlməsində bir sıra allergenlər əsas rol oynayır. Bunlara yazda və payızda çiçəkləyən bitkiləri və onların tozcuqlarını, kif göbələkləri, məişət tozu, yataq gənələri, heyvan mənşəli tük və digər hissəcikləri aid etmək olar. Təbii ki, genetik meylliliyi də yaddan çıxarmamaq lazımdır. Allergenin təsirinə daha çox uşaqlar, həssas insanlar, hamilə qadınlar və virus infeksiyası keçirmiş şəxslər məruz qala bilər.

Simptomları

Ümumiyyətlə rinit adətən kəskin başlayır və proses burunun hər iki tərəfində gedir. Əsas simptomları burundan ifrazatın olması, burunun tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və ümumi vəziyyətin pisləşməsidir.  Bu vəziyyət 1-2 sutkadan bir neçə sutkaya qədər müşahidə oluna bilər. Bu zaman, həmçinin baş ağrısı, hərarət, gözlərin sulanması ola bilər. Proses bir həftə və ya on gündən çox çəkərsə müəyyən ağırlaşmalara və xroniki rinitə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün ən başlıcası mümkün qədər allergenlərlə təmasdan qaçmaq və müalicəyə vaxtında başlamaq lazımdır.

Diaqnostikası