Evlilik qərarını valideynlər, yoxsa gənclərin


Digərləri 16 Fev 2019 20:25:00 237 0

Evlilik qərarını valideynlər, yoxsa gənclərin

Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.

Bəs doğru olan hansıdır? Öz seçimimiz, yoxsa valideynlərin fikirləri?

Son.az gencaile.az-a istinadən bildirir ki, sosioloq Cavid İmamoğlu deyir ki, hal-hazırda Azərbaycanda mentalitetlə müasirlik üz-üzə gəlib. 20 il əvvəl ailə cəmiyyətin dayağı idi, ona görə ki, orda uşaq dünyaya gələcək deyirdilərsə, müasir dünyamızda ailə ona görə cəmiyyətin dayağıdır, orda sevgi var. Bir şeyin ki, kökündə sevgi durur, onu gərək insanlar mütləq öz seçimlərini nəzərə almalıdırlar.

Sosioloq həmçinin bildirir ki, ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır.