Abort barədə bunları bilməlisiniz


Digərləri 16 Fev 2019 20:10:00 276 0

Abort barədə bunları bilməlisiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, abort - hamiləliyin 12-ci həftəsinə qədər və ya dölün çəkisi 500 qrama qədər olduğu müddətdə hamiləliyin pozulmasıdır. Abortlar spontan və süni olmaqla 2 yerə ayrılır. Son 9 il ərzində Azərbaycanda abortların sayı 11 min fakt artıb. Bu əməliyyat üçün daha çox 25-29 yaşlar arasında qadınlar müraciət edirlər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, hamiləliyin 9-cu həftəsinə qədər süni pozulması qadının istəyinə görə, həmçinin, tibbi və sosial göstərişlərə görə ambulator şəraitdə icra olunur. Hamiləliyin 9-12-ci həftəsində isə bu əməliyyat qadının istəyinə görə, həmçinin, tibbi və sosial göstərişlərə əsasən stasionarda icra edilir. Hamiləliyin 12-ci həftəsindən sonra abortun icra edilməsi haqda qərarı konsilium verir. Qadın hamiləliyini pozmaq məqsədilə müraciət etdiyi halda onun hamiləliyi və hamiləliyin müddəti aşağıdakı metodlardan biri və ya bir neçəsi ilə müəyyən olunur:

1. Axırıncı aybaşının birinci gününə əsasən 

2. Ultrasəs müayinəsi (USM) ilə

3. β xorionik qonadotropinin (β-XQ) səviyyəsinin təyini ilə

4. Sidik testi vasitəsi ilə

5. Ginekoloji müayinəyə əsasən

Hamiləliyin müddətindən asılı olaraq erkən və gec abortlar ayırd edilir:

- Hamiləliyin 12-ci həftəsinə qədər (I trimestrdə) aparıldıqda - erkən abortlar

- Hamiləliyin 12-22 həftələri arasında (II trimestrdə) aparıldıqda - gec abortlar.

Abortun edilməsi üçün göstərişlər:

Tibbi göstərişlər:

- Ana tərəfindən: Ürəyin revmatik xəstəliyi və anadangəlmə ağır ürək qüsurları və ürək çatışmazlığı; leykemiya; onkoloji bədxassəli xəstəliklər (xüsusilə kiçik çanaq nahiyəsində kimyəvi terapiya kursuna ehtiyac olanda); vərəmin aktiv forması; sifilis; İİV; ağır psixi xəstəliklər, şizofreniya; sinir sistemi xəstəlikləri (epilepsiya, katalepsiya və narkolepsiya); hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək; endokrin sistemin ağır xəstəlikləri (diabet, prolaktinoma, hiperparatrieoz və bir sıra başqa xəstəliklər); həyati vacib orqanların ağır xəstəlikləri (qaraciyər, böyrək); həyati vacib orqanın cərrahi yolla götürülməsindən sonrakı vəziyyətlər (ağciyər və ya onun payları, böyrək və s.); gözlərin ağır xəstəlikləri; orqanizmin fizioloji yetişməzliyi (16 yaş və daha erkən) və reproduktiv sistemin funksiyalarının enməsi zaman (45 yaş və daha çox). Hamiləliyin erkən dövrlərində keçirilmiş kəskin infeksion xəstəliklər hallarında onun pozulması haqda qərarı həkimlər komissiyası fərdi qaydada qəbul edir.

Döl tərəfindən: inkişafdan qalmış hamiləlik; ağır bətndaxili inkişaf qüsurları; xromosom anomaliyaları

Sosial: ərin 2-ci qrup əlil olması; hamiləlik dövründə ərin ölməsi; valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərarının alınması; qadının və ya ərinin azadlıqdan məhrum edilmə yerlərində olması; nikahdan kənar hamiləlik; hamiləlik dövründə nikahın pozulması; hamiləliyin zorlamaya məruz qalma nəticəsində baş verməsi; çoxuşaqlılıq (5 və ya daha artıq uşaq); ailədə əlil uşağın olması; qadının qaçqın və ya məcburi köçkün statusunda olması; müəyyənləşdirilmiş qərarlar arasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi; mənzilin olmaması, yataqxanada, kirayədə yaşama.

Təhlükəsiz abortların iki növü mövcuddur: 

1. Medikamentoz - hamiləliyin süni pozulması məqsədilə farmakoloji vasitələrin istifadəsi

2. Cərrahi - hamiləliyin süni pozulması məqsədilə transservikal prosedurların tətbiqi (elektrik və əl ilə vakuum-aspirasiya)

Medikamentoz abort nə deməkdir? Medikamentoz abort iki növ həbdən (antiprogesteroon və prostoqlandinlərin kombinasiyası) istifadə etməklə hamiləliyin pozulması yoludur. Bu, cərrahi yolla aparılan aborta alternativ üsuldur. Medikamentoz abort tibbi müayinədən sonra və yalnız həkimin nəzarəti altında aparılmalıdır.

Medikamentoz abortun üstünlükləri hansılardır? Üsul 95% effektivdir, ən az fəsadlıdır, anesteziya ilə keçirilən cərrahi abort ilə müqayisədə risk təhlükəsi çox aşağıdır, infeksiya və ya ağırlaşma riski ən aşağıdır, psixoloji cəhətlən bəzi qadınlar üçün daha məqbuldur, çünki daha təbiidir (menstruasiya kimi), anonimdir və istifadədə asandır.

Medikamentoz abort zamanı nə kimi əlavə təsirlər ola bilər?

Qadınlarda qanaxma, ürəkbulanma və qıcolma kimi hallar baş verə bilər; medikamentoz abort prosesi cərrahi abortdan daha çox vaxt aparır və tibb müəssisəsinə təkrar gəliş tələb edir. Medikamentoz abort baş tutmayanda nadir hallarda abortu tamamlamaq üçün cərrahi metod istifadə edilir. Əlavə təsirlər birneçə saatdan sonra tam olaraq keçir, yalnız qanaxma bir həftə və ya bir qədər çox çəkə bilər.

Medikamentoz abortu hamiləliyin hansı müddətində etmək olar?

Medikamentoz abort 9-cu həftəyə qədər (≤63 günlük) hamiləlik müddəti ilə bətndaxili hamiləliyin pozulmasında effektivdir.

Medikamentoz aborta əks-göstərişlər: 

təsdiqlənmiş və ya şübhə altında olan uşaqlıqdankənar hamiləlik;

uşaqlıqdaxili vasitə (uşaqlıqdaxili vasitə çıxarıldıqdan sonra tətbiq oluna bilər);

böyrəküstü vəzlərin xronik çatışmazlığı;