Rotor sindromu


Digərləri 16 Fev 2019 19:40:00 285 0

Rotor sindromu

Rotor sindromu birləşmiş hiperbilirubinemiyanın digər növü olub klinikasına görə Dubin-Conson sindromuna bənzəyir.  Bu sindrom 1948-ci ildə Arturo Rotor və həmmüəllifləri tərfindən təsvir edilmişdir və onun şərəfinə Rotor sindromu adlandırılır. Rotor sindromu zamanı Dubin-Conson sindromundan fərqli olaraq qaraciyərdə qranulyar piqmentin toplanması və qaraciyərın rənginin tündləşməsi baş vermir.

Son.az etibb.org-a istinadən bildirir ki, rotor sindromu zamanı da birləşmiş bilirubinin ekskresiya olunması mexanizmində defekt qeyd olunur və nətəcədə birləşmiş bilirubinin qanda miqdarı artmış olur. Rotor sindromu zamanı bilirubinin qana reabsorbsiyasında və sidiklə xaric olunmasında da çatışmazlıq qeyd olunur.

Əlamətləri

Rotor sindromun aşağıdakı əlamətləri qeyd edilə bilər:

- Xroniki sarılıq

- Qarınüstü nahiyədə arabir diskomfort və ağrılar

- Epizodik olaraq bədən hərarətinin yüksəlməsi

Səbəb