Cambulat Umarov: "Azərbaycan və Çeçenistan xalqları arasında münaqişənin qızışdırılmasına imkan verməyəcəyik"


Digərləri 16 Fev 2019 17:14:00 213 0

Cambulat Umarov: "Azərbaycan və Çeçenistan xalqları arasında münaqişənin qızışdırılmasına imkan verməyəcəyik"

Azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqlar barədə bir neçə versiya ola bilər və bu versiyaların hər biri mümkündür.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidenti şərh edərkən deyib.

Nazirin sözlərinə görə, bu insident Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdidir:

"Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik".

Daha sonra nazir Azərbaycan xalqına səslənib: