“Xanım və kölələri” fotosuna görə istefa verdi


Digərləri 16 Fev 2019 17:19:00 238 0

“Xanım və kölələri” fotosuna görə istefa verdi

"Vogue" dərgisinin braziliyalı dəb redaktoru Donata Meyrelles doğum günündə dörd qaradərili xanımla çəkdirdiyi fotoya gələn sərt reaksiyalardan sonra istefa verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onun kresloda oturaraq çəkdirdiyi şəkil quldarlıq dönəmindəki "Xanım və kölələri" təsvirinə bənzədilib.

Sosial mediada qaradərili xanımların geyindiyi libasların quldarlıq dövründə kölələrin geyindiyi uniformaları, kreslonun da qul sahiblərinin əyləşdiyi stulları əks etdirdiyi yazılıb.


Xəbərə aid fotolar