Ekspert: "Məişət zəminində baş vermiş insident azərbaycanlıçeçen dostluğuna ziyan vura bilməz"


Dünya 16 Fev 2019 16:49:00 194 0

Ekspert: "Məişət zəminində baş vermiş insident azərbaycanlıçeçen dostluğuna ziyan vura bilməz"

Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalq arasında dostluq münasibətlərinə ziyan vura bilməz.

Son.az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Qalina Niyazova deyib.

Q.Niyazovanın sözlərinə görə, bu şəraitdə insidenti siyasiləşdirmək üçün müəyyən qüvvələr istənilən vəziyyətdən istifadə etməyə çalışacaqlar:

"Diaspor nümayəndələri bir-birinin yas və şənlik mərasimlərinə gedir, biznes, elm və maarifləndirmə sahələrində əməkdaşlıq edir. Digər tərəfdən baş vermiş münaqişə müasir gəncliyin tərbiyəsində buraxılan boşluqları göstərir. Sosial şəbəkələrin geniş istifadəsi özünənəzarətə əhəmiyyət verməməyə və öz sözlərinin məsuliyyətini daşımamağa imkan verir. Cəmiyyətdə yaşamaq xüsusi bacarıq və vərdişlər tələb edir".