Dünyaya hökm edən Rokfellerlərin sirli keçmişi


Digərləri 16 Fev 2019 15:44:00 295 0

Dünyaya hökm edən Rokfellerlərin sirli keçmişi

Qlobal siyasətə istiqamət verən ailələrə nəzər salanda qarşıya çıxan ilk ad Rokfellerlər olur. Bu ailənin sirlərlə dolu keçmişi və bu gücü hansı yolla əldə etmələri hər kəsi düşündürür.

Son.az Qaynarinfo-ya istinadən Rokfeller ailəsi ilə bağlı maraqlı faktları sizə təqdim edir:

ABŞ-ın Mərkəzi Bankı FED-in qurucularından biri olan Rokfeller ailəsi 1800-cü illərin ortalarında Con Devison Rokfeller tərəfindən qurulub. ABŞ və İsrailin arxasındakı güc olaraq da bilinən ailə çoxlu sayda bank, neft və sənaye şirkətinə sahibdir. Sərvətlərinin 5-15 trilyon dollar olduğu ehtimal edilir. Buna baxmayaraq, ailənin heç bir üzvünün "Forbes" dərgisinin ən varlı insanlar siyahısında adı çəkilmir.

Rokfellerlərin nəsil ağacı

Qeyd edək ki, siyahının başlarında Ceff Bezos, Bill Qeyts, Uarren Buflet kimi şəxslərin adı var. Beynəlxalq siyasəti tənzimləyən ailələr arasında təkcə Rokfellerlərin deyil, digərlərinin də adı bu siyahıda yoxdur.

Rokfeller ailəsi 1860-ci illərdə Amerikada başlayan və bütün dünyanı təsiri altına alan neft hasilatı dövründə ən çox gəlir əldə etmiş ailə olub. Beləliklə, iş dünyasına neft sənayesi ilə sürətli giriş edən Rokfellerlər Amerikanın ilk milyarder ailəsinə çevrilir. Onlar haqqında çox şeylər söylənilib. Hətta Rokfellerləri ABŞ-ın və dünyanın ən çox nifrət edilən, ən çox söyülən ailəsi də adlandıranlar var. Amerikada vətəndaş müharibəsini fürsətə çevirən Rokfellerlərin neft sənayesində inhisarçı olması üçün ən doğru mühit kapitalizm idi. Təsadüfi deyil ki, bu gün Asiyadan Afrikaya qədər uzanan kapitalizmin yaradıcılarından biri də bu ailədir.

Rodşild və Rokfellerlər bir masa arxasında

Rokfeller ailəsi FED, maliyyələşdirdiyi Dünya Bankı və İMF kimi qurumların vasitəsilə qlobal iqtisadiyyatı özü kimi bir neçə ailə ilə birgə idarə edir və yönləndirir. Onların maliyyələşdirdiyi fondlar və QHT-lər dünya nizamını Amerikanın maraqlarının lehinə şəkilləndirir. Devid Rokfellerin özü isə "Xatirələr" adlı kitabında buna belə izah verir: "Bəziləri mənim və ailəmin ABŞ-ın maraqlarına qarşı çalışan gizli Kabbalizmin bir parçası kimi xarakterizə edə bilər, qlobal iqtisadiyyat üçün konspirativ planlar hazırladığımıza inana bilərlər. Əgər bunlar doğrudursa, mən günahkaram. Lakin bununla qürur duyaram".

Rokfellerləri günahlandıracaq konkret dəlillər yoxdur, amma etdiklərində əxlaqi və insani fəaliyyət motivi də nəzərə çarpmır. Silah ticarəti, maliyyə oyunları, sələmçilik, regional münaqişələrdən mənfəət güdmək ailənin əsas missiyası kimi xarakterizə edilir.

Con Devid Rokfeller

Rokfellerlərin qlobal siyasətə istiqamət verdiklərinə dair bir çox nümunə var. Bunlardan ən yaxşısı Cozef Verner Ridlə bağlıdır. Rokfellerlərin nəzarətində olan Chase Manhattan Banka rəhbərlik edən Rid 1987-ci ildə Dünya Bankında vəzifəyə gətirilir. Bu dönəmdə o, həm də BMT baş katibinin siyasi işlər üzrə köməkçisi də təyin edilir.

CFR (Xarici İşlər Şurası) ABŞ-ın xarici siyasət üzrə mütəxəssislərinin və iqtisadi təşkilatların bir yerə toplaşdığı düşüncə, planlaşdırma və fəaliyyət cəmiyyətidir. Bu qurum Rokfellerlərin dəstəyi ilə 29 iyul 1921-ci ildə Nyu-Yorkda yaradılıb. ABŞ-ın xarici ölkələrdəki maraqları burada müzakirə edilərək həyata keçirilir. Rokfellerlərin neft milyarderi olan Con Devid Rokfeller 1940-cı illərdə şuranın ən böyük maliyyə dəstəkçisi olub. O, 1949-cu ildən qurumun iclaslarına qatılır və 1970-75-ci illərdə CFR-in sədri olur. Henri Kissinger də onun önəmli layihələri hazırlayan məsləhətçi idi. Devid uzun illər şuraya rəhbərlik edir və 2007-ci ildə bu vəzifəyə Peter Peterson gətirilir. Lakin Devid "Fəxri rəhbər" olaraq pərdə araxasında yenə idarəçilik-istiqamətvermə vəzifəsini yerinə yetirir. O, çıxışlarının birində dünyaya baxışını belə dilə gətirir: "Qlobal dəyişikliklərlə qarşı-qarşıyayıq. Böyük böhranlara qarşı doğru addımlar atmalı və "yeni dünya nizamı"nı qəbul etməliyik".