Dünəndən bu gün səhərədək Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb


Digərləri 16 Fev 2019 15:14:00 187 0

Dünəndən bu gün səhərədək Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlayıb.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.