Yarat "İnsan: özünü tanı" proqramını təşkil edir


Digərləri 16 Fev 2019 13:07:00 215 0

Yarat "İnsan: özünü tanı" proqramını təşkil edir

Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcəklər. 2019-cu ilin mart ayından dekabr ayına kimi "Yarat" Müasir İncəsənət Mərkəzi  özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün "İnsan: özünü tanı" proqramını təşkil edir.

Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.  "Yarat" Mərkəzinin təsisçisi Aida Mahmudovanın sözlərinə görə "Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək. 

Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:

1. Mən indi və burda: zehni bacarıqlar

2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları

3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış.

4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları

"Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa effektiv kömək edir", - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir. 

Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəlliflər dəvət olunublar. Mart ayından etibarən və 2019-cu il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:

Diqqətin yönləndirilməsi

Emosional özünütənzimləmə

Özünüidarə qabiliyyəti

Stress müqavimətliliyi

Effektiv istirahət