Mixail Malkin: Bütün rəqiblərimə uğurlar arzulayıram


Digərləri 16 Fev 2019 13:04:02 211 0

Mixail Malkin: Bütün rəqiblərimə uğurlar arzulayıram

Bütün rəqiblərimə uğurlar arzulayıram, onların hamısı güclüdür

Bakı. Cani Babayeva - Bütün rəqiblərimə uğurlar arzulayıram, onların hamısı güclüdür. Bunu Trend-ə tamblinq üzrə yarışlarda finala çıxmış Azərbaycan gimnastı Mixail Malkin deyib. O deyib ki, əsas məqsədi proqramı stabil yerinə yetirmək idi: “Finalda proqramımı bir qədər də gücləndirəcəyəm”. Gimnast bir qədər həyəcanlı olduğunu da etiraf edib: “Tamaşaçılar kömək edir, amma həyəcan da yaranır, azarkeşləri məyus etmək istəmirsən. Bütün rəqiblərimə uğurlar arzu edirəm”. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.