Axtarışda olan azərbaycanlını Rusiyada tutdular


Digərləri 16 Fev 2019 12:09:00 209 0

Axtarışda olan azərbaycanlını Rusiyada tutdular

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

DİN Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.