Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirildi


Digərləri 16 Fev 2019 10:59:00 391 0

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib.

ETSN-dən Son.az-verilən məlumata görə,130 sahibkarın iştirak etdiyi görüşdə Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.                       

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib. 


Xəbərə aid fotolar