Azərbaycanda daha bir medal təsis edilir


Digərləri 16 Fev 2019 10:34:00 469 0

Azərbaycanda daha bir medal təsis edilir

Azərbaycanda daha bir medal təsis edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi təklif olunur.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.