Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq


Digərləri 16 Fev 2019 09:56:10 204 0

Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq

Bakıda Dünya Kubokunda batut və tamblinqdə üzrə iştirak edən bütün gimnastların qələbə üçün eyni şansları olacaq.

Bakı. Bakıda Dünya Kubokunda batut və tamblinqdə üzrə iştirak edən bütün gimnastların qələbə üçün eyni şansları olacaq. Bunu Trend-ə Kanadalı gimnast və ikiqat Olimpiya çempionu Rozanna Maklennan deyib. R.Maklennan bildirib: “Düşünürəm ki, hər kəsin qalib gəlmək üçün potensialı var. Mən var-gücümü ortaya qoymaq niyyətindəyəm”. Gimnastın əsas məqsədi Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya qazanmaqdır: “Dünya Kubokuna hazırlıq çox yaxşı gedir, özümü möhtəşəm hiss edirəm. 2015-ci ilin batut üzrə Dünya Çempionatı və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarını karyeram ərzində ən çətin yarışlar hesab edirəm”. R.Maklennanın fikrincə, Çin, Rusiya, Belarus, Böyük Britaniya yığmaları ən güclü komandalardır. Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.