Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 16 Fev 2019 09:24:00 214 0

Çaylarda suyun səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.

Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 51,5 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.