8 aylıq hamilə qardaşı arvadını öldürdü:


Dünya 16 Fev 2019 09:29:00 208 0

8 aylıq hamilə qardaşı arvadını öldürdü:

Konyada 8 aylıq hamilə qardaşı arvadını sinəsindən bıçaqlayaraq öldürən şəxsin məhkəmə ifadəsi ortaya çıxıb.

Son.az DHA-ya istinadən xəbər verir ki, ona şillə atdığını iddia edən Suriya əsilli 26 yaşlı Abdulbasid el Muhammed gəlinləri 38 yaşlı Amira Alyassoufu qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib.

Hadisə 19 iyul 2018-ci il saat 22 radələrində baş verib. 2 uşaq atası suriyalı Abdulbasid el Muhammed böyük qardaşının yoldaşını qətlə yetirmək səbəbi kimi evindəki əşyaları oğurlayıb satmağını götərib:

"Təzəlikcə bizə yaxın bir evə köçmüşdülər. Hər axşam işdən evə gələndə, nəyinsə evdən yoxa çıxdığını görürdüm". 


Xəbərə aid fotolar