Abşeronda banan, manqo, avokado yetişdirə bilərsiniz


Digərləri 16 Fev 2019 08:44:00 207 0

Abşeronda banan, manqo, avokado yetişdirə bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədovanın dediyinə görə, tədqiqatlar institutun ərazisində, qapalı şəraitdə aparılıb.

Onun sözlərinə görə, tədqiqatlar zamanı alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.), Hindistan manqosu (Mangifera indica L.), Amerika avokadosu (Persea americana Mill.) növləri Abşeron şəraitində çoxaldılıb: "Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olar".