Apple yenilənmiş Face ID hazırlayır


Digərləri 16 Fev 2019 08:31:00 216 0

Apple yenilənmiş Face ID hazırlayır

Apple şirkəti istifadəçi üzünün təyin edilməsi texnologiyası olan Face ID üzrə yeni patent sorğusu göndərib. Bu barədə 9to5mac saytı xəbər verib. Jurnalistlərin verdikləri məlumatlara əsasən şirkət yeni Face ID versiyasının işini daha da təkmilləşdirəcək və həmin texnologiyanın istifadəçi üzünün 3D maskası sayəsində aldadılmasının qarşısını alacaq. Patentin əsas məlumatları gizli olaraq saxlanılır. Məlumata əsasən Apple şirkətinin mühəndisləri istifadəçi üzünün təyn olunması texnologiyası olan Face ID-nin etibarlılığını yüksəltmək niyyətindədirlər.

Son.az technote.az-a istinadən bildirir ki, patentdə əks olunmuş yeni təhlükəsizlik sistemi Face ID texnologiyasını istifadəçi üzünün 3D maskası vasitəsilə aldadılmasını mümkünsüz edəcək. Qeyd etmək lazımdır ki, bu üsuldan adətən dələduzlar istifadə edirlər və hansısa istifadəçinin üzünün 3D maskasını yaratmaq 150$-a başa gəlir. Lakin smartfondan əldə olunmuş məlumatların qiyməti isə bu xərcləri lazımi qədər qarşılayır.