İş yerində namaz qılmağa şərait olmadığı təqdirdə namazları qəza etmək olarmı?


Digərləri 16 Fev 2019 08:25:00 210 0

İş yerində namaz qılmağa şərait olmadığı təqdirdə namazları qəza etmək olarmı?

Vacib namazların məxsusi qılınma vaxtları var. İş yerində namaz qılmağa şərait olmadığı təqdirdə yaxındakı məsciddə və ya hansısa başqa bir yerdə namazı qılmaq olar. Namazı qəzaya saxlamaq günahdır. Əgər insanın çalışdığı yerdə heç cür namaz qılmağa imkanı yoxdursa və bunun üçün zaman ayırmaq mümkün deyilsə, şəriət baxımından belə işdə çalışmağın özü günahdır. Çünki namaz bəndə üçün Allahın buyurduğu vacibatdır və bütün digər işlərdən daha əhəmiyyətlidir, onu heç nəyə qurban vermək olmaz.

Son.az islam.az-a istinadən bildirir ki, lakin insan bu işdə işləməyə məcburdursa və heç cür başqa iş tapa bilmirsə, işsizlik isə onu ciddi maddi çətin duruma salarsa, onda ya namazın vaxtı tam çıxana qədər çalışıb bir imkan tapıb qılsın, ya da heç olmasa bir kənara çəkilib namazı işarə ilə vaxtı çıxmamış qılsın, evdə isə qəza da etsin.