Nokia 9 PureView smartfonunun kamera özəllikləri ortaya çıxdı


Digərləri 16 Fev 2019 08:05:00 226 0

Nokia 9 PureView smartfonunun kamera özəllikləri ortaya çıxdı

İnternetdə 5 arxa kameralı Nokia 9 PureView smartfon modeli barəsində artıq yetəri qədər məlumat var. Lakin indiyənə kimi smartfonun kamera özəllikləri barəsində məlumatlar gizli saxlanılırdı. Lakin bugün həmin məlumatlar da ortaya çıxıb. Belə ki, Nokiapoweruser adlı sayt Çinin Baidu portalına istinadən sözügedən smartfonunn 5 arxa kamera özəlliklərini təqdim edib. Beləliklə verilmiş məlumata əsasən smartfon iki ədəd 16 MP-lik, 2 ədəd 12 MP-lik və bir ədəd 8 MP-lik kameradan ibarət olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bundan əlavə olaraq smartfon teleobyektiv, genişbucaqlı sensor və obyektlərin 3D skanı üçün nəzərdə tutulmmuş TOF sensoru ilə də təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Nokia 9 PureView həmçinin Light Camera adlı texnologiyaya da sahib olacaq. Bu texnologiya vasitəsilə 5 kamera vasitəsilə eyni anda foto çəkmək olacaq və həmin fotoları 64 MP-lik keyfiyyətdə olan bir kadra birləşdirmək mümkün olacaq. Bundan əlavə olaraq bu cür çəkiliş zamanı smartfonun kameraları adi smartfon kameralarından fərqli olaraq 10 dəfə daha çox işığı əldə edəcək.