Yemək zamanı su içək, yoxsa içməyək?


Digərləri 15 Fev 2019 23:43:00 290 0

Yemək zamanı su içək, yoxsa içməyək?

Yeməklə su içib-içməməklə bağlı həmişə təzadlı fikirlər səsləndirilir. Bir çox dietoloqlar və sağlam qidalanma mütəxəssisləri bildirirlər ki, yemək zamanı qətiyyən su içmək olmaz. Çünki bu zaman mədə şirəsi durulur ki, bu da turşuluğunu azaldaraq həzm prosesinə pis təsir edir. 

Son.az medicina.az-a istinadən bildirir ki, alimlərin fikrincə, həzm prosesi mədədə deyil beyində başlayır: insan dadlı bir qida haqda düşündükdə ağız suyu ifraz olunur. Qidanı çeynəyərkən yumşalıb mədəyə düşməsi üçün  o ağız suyunun tərkibində olan fermentlərlə qarışır. Daha sonra isə prosesə mədə şirəsi qoşulur.

Qəbul edilən qidanın tamamilə həzm olunaraq maye halına - humusa çevrilməsi üçün orta hesabla 3-4 saat tələb olunur. Həmin humus mədədən bağırsağa keçərək tərkibində olan qidalı maddələri orqanizmə verir. 

Əgər qida mədədə 3-4 saat qalırsa, 300 ml su orda cəmi 10 dəqiqə qalır. Əgər insan yemək yeyərkən su içərsə, o zaman yediyi qida həzm kanalından qısa bir müddətdə keçəcək.