Gecə növbəsində işləyənlər təhlükədədir Alimlərdən yeni araşdırma


Digərləri 15 Fev 2019 23:18:00 242 0

Gecə növbəsində işləyənlər təhlükədədir  Alimlərdən yeni araşdırma

Alimlərin hesablamalarına görə, hər bir sağlam insan bir həftə ərzində ümumilikdə 8-16 saat yuxu çatışmazlığı ilə üzləşir. Hətta gecə istirahəti ilə bağlı problem olmadıqda belə, natamam yuxu bir sıra təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, ötən il Honq-Konq Universitetinin tədqiqatçıları dörd ay ərzində 49 könüllünün həyat və fəaliyyəti ilə bağlı müşahidələr aparıb.

Könüllülər həkimlərdən ibarət olub və bəziləri mütəmadi olaraq sutkalıq növbələrə çıxıb. Belə növbələrdə onlar ən yaxşı halda gün ərzində 2-3 saat yata biliblər. Tədqiqatı aparan alimlər daimi yuxu çatışmazlığının insan üçün hansı fəsadlara yol açdığını müəyyənləşdirməyə çalışıb.

Tədqiqat iştirakçılarından, o cümlədən, gecə növbəsinə çıxan həkimlərdən tez-tez müayinə məqsədilə qan nümunələri götürülüb.

Nümunələrin müayinə nəticələri göstərib ki, yuxu çatışmazlığı könüllülərin DNT-lərində turşulu zədələmələrə səbəb olub və hüceyrələrin  kimyəvi zədələri "müalicə" etmək bacarığını zəiflədib. Bu isə öz növbəsində ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb.

"RİA Novosti" yuxu çatışmazlığı və ya natamam yuxunun insan orqanizmində yarada biləcəyi fəsadlar haqqında ekspertlərlə söhbət aparıb.