Türkiyəni heyran qoyan Elnur niyə “kölgəyə çəkilib”?


Şou-biznes 15 Fev 2019 19:59:00 311 0

Türkiyəni heyran qoyan Elnur niyə “kölgəyə çəkilib”?

Son.az xəbər verir ki, "Avroviziya" təmsilçilərimizdən olan, "O səs Türkiyə"nin qalibi, müğənni Elnur Hüseynov Oxu.az-a müsahibə verib. 

- Elnur, Türkiyə şou-biznesinə qatılmaq niyyətiniz var?

- Mən heç bir ölkənin şou-biznesinə qatılmaq istəmirəm. Bunun da özəl səbəbləri var. Çünki menecerlə sözləşmədən sonra bir qərara gəldik. Bundan sonra öz şəxsi "Instagram" və "Youtube" hesabımda paylaşımlar etməliyəm. Belə şeyləri çox sevmirəm. Amma izləyicilərim üçün, insanlara daha yaxın olmağım üçün bu vacib bir məsələdir. Ona görə bu yeni sistemlə günümə başlayıram. 

- Mayda İsrailin Təl-Əviv şəhərində "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında Azərbaycandan kimi təmsilçi olaraq görmək istəyirsiniz?

- İstedadlı müğənni Çingiz Mustafayevin təmsil etməsini istəyirəm. Ümid edirəm ki, o, milli seçimlərimizdə qalib gəlib, layiqincə çıxış edəcək. 

- Fikrinizcə, "Avroviziya-2019"a seçiləcək mahnımız lirik, yoxsa dinamik olmalıdır?