“Sərkisyandan fərqli olaraq Paşinyan…”


Dünya 15 Fev 2019 19:34:00 201 0

“Sərkisyandan fərqli olaraq Paşinyan…”

"Ermənistanın Suriyaya hərbi missiya göndərməsi rəsmi Vaşinqton və İrəvan arasında gərginlik yaradıb. ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Ermənistanın yeni rəhbərliyinin bu addımını pislədi. İrəvan isə departamentə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan səviyyəsində cavab verdi".

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən Ng.ru saytında dərc edilmiş analitik məqalədə bildirilib.

Mənbə qeyd edir ki, ABŞ-ın etirazlarına baxmayaraq, Ermənistan 83 nəfərdən ibarət şəxsi heyəti Suriyaya göndərdi:

"Beləliklə, Ermənistanın Suriyayaya humanitar yardımın edilməsi məsələsində bir neçə ildir Moskva və İrəvan arasında gedən danışıqlar öz həllini tapdı.

Qeyd edək ki, Suriyaya erməni hərbi birləşməsinin göndərilməsinə dair müzakirələr hələ 2017-ci ildən - Ermənistanın keçmiş hakimiyyəti dönəmindən başlamışdı. Lakin sabiq prezident Serj Sərkisyan bu məsələdə tələsmirdi. ABŞ-ın buna mənfi reaksiyasını, habelə edilən xəbərdarlıqları da nəzərə alırdı.