Türkiyə ABŞ və Avropa ölkələrinin qorxduğu qərarı verə bilər


Dünya 15 Fev 2019 19:19:00 208 0

Türkiyə ABŞ və Avropa ölkələrinin qorxduğu qərarı verə bilər

Ərazisində 4 milyon suriyalını vətəninə geri qaytarmaq üçün terrorçulardan təmizlənən "təhlükəsiz bölgə" qurmağı planlayan Türkiyəyə qarşı cəbhə genişlənir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, daha əvvəl Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniya ilə birdə ortaq bəyanat yayımlayaraq Türkiyənin Suriyaya müdaxiləsinə qarşı olduğunu bildirən ABŞ bu istiqamətdə daha bir addım atıb. Belə ki, Ağ Ev Türkiyəsiz təhlükəsiz bölgə planını masaya qoyub. 

Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından öncə açıqlama verən ABŞ müdafiə naziri Patrik Şanahan bildirib ki, Suriyanın şimal şərqində təhlükəsizlik zonasının yaradılması üçün fərqli bir fürsət var. Lakin ABŞ rəsmisinin bu etibarlı bölgənin Türkiyənin nəzarətində olmamasına dair heç bir mesaj verməməsi diqqəti çəkib.

Təhlükəsiz bölgə planının sabotaj edilməsi istənilən Türkiyə isə Birləşmiş Ştatlar və Avropaya qarşı 18 mart 2016-cı ildə Suriya qaçqınlarına dair sazişi yenidən gündəmə gətirməyi planlaşdırır. 2011-ci ildən bəri milyonlarla qaçqınla üzbəüz buraxılan Ankara anlaşmanın heç bir maddəsinin yerinə yetirilmədiyini dilə gətirəcək.

Suriyada təhlükəsiz bölgəyə qarşı sərgilənən mövqenin davam etdirilməsi durumunda Avropaya getmək istəyən qaçqınlara qarşı sərhədlər tam olaraq açılacaq. Bundan əlavə, dəniz yolu ilə Avropaya getmək istəyənlərin qarşısını almaq üçün tətbiq olunan ciddi nəzarət mexanizmi də yumşaldılacaq.