Andrey İvanov: "Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir"


Dünya 15 Fev 2019 19:09:00 242 0

Andrey İvanov: "Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir"

Ermənistanda hakimiyyət dəyişikliyində iştirak etmiş fəalların Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı keçirdiyi kursları Yerevanın Moskvaya münasibətdə bədxahlığının təzahürü kimi qiymətləndirmək lazımdır.

Son.az bildirir ki, bunu Trend-ə Yerevanda ABŞ maliyyəsi ilə dörd gün ərzində keçirilmiş "Rusiyada necə inqilab etməli?" kurslarını şərh edən rusiyalı ekspert Andrey İvanov deyib.

Ekspertin fikrincə, Ermənistandakı bu kurslar Rusiyadakı siyasi vəziyyətə heç cür təsir edə bilməz:

"Kiçik Ermənistanı Rusiya Federasiyası ilə müqayisə etmək olmaz. Ermənistanda hakimiyyəti dəyişmək üçün paytaxtın mərkəzində bir neçə küçəni bağlamaq kifayət etdi. Rusiyada bu ssenarini həyata keçirmək mümkün deyil".