Ötən il "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının həcmi açıqlanıb


Digərləri 15 Fev 2019 18:32:00 214 0

Ötən il "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının həcmi açıqlanıb

Ötən il "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının həcmi açıqlanıb.

Bakı. 2018-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan ümumi neft hasilatı 213 milyon barel təşkil edib. Bu barədə Trend-ə BP-dən məlumat verilib. Ötən il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənib. 2018-ci ildə "Azəri-Çıraq-Günəşli"dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 min), Mərkəzi Azəri (154 min), Qərbi Azəri (126 min), Şərqi Azəri (97 min), Dərinsulu Günəşli (105 min) və Qərbi Çıraq (57 min) platformalarından birlikdə – gündə orta hesabla 584 min barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon ton olub. İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su injektor və 7 qaz injektor quyusu istismarda olub. 2018-ci ildə "Azəri-Çıraq-Günəşli"də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.