"Tapşırıq verilsə də, sökmədilər”


Digərləri 15 Fev 2019 18:29:00 241 0

"Tapşırıq verilsə də, sökmədilər”

"Eldar Əzizov tikilinin qanunsuz olduğu üçün sökülməsini tapşırsa da, sökmədilər".

Son.az xəbər verir ki, bu sözləri Xətai rayonu, S.Ə.Şirvani küçəsi mənzil 92-də yaşayan Elvira Dev qafqazinfo-ya müraciətində deyib. Bildirib ki, artıq bir neçə ildir ki, balkonunun qarşısında qanunsuz tikili fəaliyyət göstərir. Şikayətçi təhlükəsizlik baxımından həmin obyektin sökülməsi üçün bir çox quruma müraciət etsə də, hələ də müraciətinə baxılmayıb.

"Yanvarın 31-də Bakı şəhər icra başçısı Eldar Əzizovun qəbulunda oldum. Fotolara və təqdim etdiyim sənədlərə baxıb obyektin sökülməli olduğunu dedi. Bu işi Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılova tapşırdı. Növbəti gün əraziyə baxış keçirildi, ancaq obyekt sökülmədi, sadəcə 60 sm aşağı endirildi.

Vəziyyət belə olduqda mən yenidən quruma üz tutdum və bildirildi ki, E. Əzizovun tapşırığı olsa da, obyektin sökülməsi üçün məhkəməyə müraciət etməliyəm.


Xəbərə aid fotolar