Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub (FOTO)


Digərləri 15 Fev 2019 17:01:00 290 0

Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub (FOTO)

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

Bakı. Samir Əli - Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub. Trend-in məlumatına görə, sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində bu mükafata layiq görülən Ə.Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib.